22:48
(077) 610-22-33

6 milyard insana pulsuz internet veriləcək

  • >
3 149 27 Mart 2015 16:20 | Maraqlı

“Facebook” milyardlarla insanı internetlə təmin edəcək.



AzNews.az xəbər verir ki, bu barədə "Facebook"un yaradıcısı Mark Zukerberq öz səhifəsində məlumat verib. O, təxminən 2 il əvvəl start verilən "internet.org" adlı layihəsi çərçivəsində Pilotsuz Təyyarələr (Drone) ilə dünyaya internet yayılacağını bəyan edib

Zukerberg Londonda "Drone"ların sınaq uçuşunun keçirildiyini və müsbət nəticələr əldə edildiyini bildirib. Beləliklə "Drone"lar istifadəyə verilərsə təxminən 6 milyard insana internet paylanılacaq.

20 min metr hündürlükdə uçacaq "Drone"lara "Aquila" adı verilib.

Qeyd edək ki, Pilotsuz Təyyarələr günəş enerjisi ilə 3 il fasiləsiz çalışacaq. Onun uzunluğu "Boeing 737" təyyarəsindən bir az uzun olacaq. Lakin "Drone"ların çəkisinin çox yüngül olacağı deyilir.
Bağla X