Bir çox hallarda dünyada heyvanların insanlardan daha yaxşı yaşaması üzrə faktlara rast gəlirik. Bir çox hallarda dünyada heyvanların insanlardan daha yaxşı yaşaması üzrə faktlara rast gəlirik.

Şahzadə kimi yaşayan donuz balası

Bir çox hallarda dünyada heyvanların insanlardan daha yaxşı yaşaması üzrə faktlara rast gəlirik.



Trend xarici mətbuata istinadən xəbər verir ki, belə heyvanlardan biri də dünyanın ən gözəl yerlərindən olan Havay adalarında yaşayan 5 aylıq donuz balasıdır.

Donuz balasının sahibi olan həkim Allon Amitai onu Cənubi Kaliforniyada fermaların birindən 8 həftəlik olarkən götürüb.

İndi bu balaca donuz balası macəralı həyat yaşayır və daim yeni şeylərdən zövq alır. O, dağlarda gəzir, çimərliyə gedib özünü quma basdırır, günəş vannası qəbul edir, çayda çimir və s.