03:33
(077) 610-22-33

Cəlilabadda küp qəbir tapıldı- FOTOLAR

  • >
1 470 11 May 2015 21:22 | Maraqlı

Azərbaycanın Cəlilabad rayonunda nəhəng küp qəbir tapılıb.



APA-nın cənub bürosunun məlumatına görə, unikal tapıntı rayonun Göytəpə şəhəri ərazisindən keçən çayın sahilində balıq tutan yerli sakinlər tərəfindən aşkarlanıb.

Belə ki, torpağın 3 metr dərinliyindən uzunluğu 2 metrə çatan küp qəbir son vaxtlar çayda sululuğun artması ilə üzə çıxıb. Hər iki tərəfdən ölçüləri paralel olan və daha çox silindir həndəsi fiqurunu xatırladan küpün içərisində isə naməlum heyvanın çənə və iri dişlərinin qalıqları yer alıb.

Tarixdə küp qəbirlər mədəniyyəti insanlara aid dəfn ritualı hesab olunub. Amma ilk dəfə olaraq Cəlilabadda küpün içindən naməlum heyvan sümüklərinin tapılması mütəxəsisləri düşünməyə vadar edib. Artıq ərazi nəzarətə götürülüb. Tapılmış küp və sümüyün qalıqları araşdırılması üçün paytaxt Bakıya göndərilib. Mütəxəssislərin qənaətincə, mövcud tapıntının araşdırılması qədim dövrlə bağlı son dərəcə maraqlı faktları üzə çıxara bilər.

Qeyd edək ki, əvvəllər də Cəlilabad rayonunun ayr-ayrı yaşayış məntəqələrinin ərazilərində küp qəbirlər aşkar olunub.
image description image description image description image description image description image description
Bağla X