04:00
(077) 610-22-33

Ən hündür istifadəsiz göydələn- FOTOLAR

  • >
3 217 13 May 2015 23:30 | Maraqlı

Tailandın paytaxtı Banqkokda dünyada ən hündür istifadəsiz göydələn - "Sathorn Unique" yerləşir.



Trend xaricİ mətbuata istinadən xəbər verir ki, 49 mərtəbəli binanın inşasına hələ ötən əsrin 90-cı illərinin əvvəlində, ölkədə iqtisadi inkişaf zamanı başlanmışdı. Göydələnin tikilib istifadəyə verilməsinə lap az qalmış 1997-ci ilin Asiya böhranı onun inşasını dondurdu.

Hazırda göydələn iri reklam bannerlərinin asıldığı yerə çevrilib. Oranı, həmçinin sayı heç də çox olmayan beyscamperlər (paraşütlə hündürlükdən tullananlar) ziyarət edirlər.

Binaya giriş qadağan və təhlükəlidir. Hər an tikilinin bir hissəsi qopub dağıla bilər. Yerli sakinlər "Sathorn Unique" haqqında müxtəlif rəvayətlər danışırlar. Onlardan ən məşhuru gecələr guya səsləri eşidilən kabuslar haqqındadır.

Böhranın nəticələrindən sonra Tailand iqtisadiyyatının tam dirçəlməsi ilə Banqkokda artıq yeni göydələnlər tikilsə də, "Sathorn Unique" göydələninin vəziyyəti ürəkaçan deyil. Bu onunla əlaqədardır ki, atıılmış göydələnin təmiri yenisinin inşasından baha başa gəlir...
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description
Bağla X