Nəsimi Rayon Məhkəməsində "Bank VTB (Azerbaijan)"ın işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovun iddiası üzrə qərar qəbul edilib. Nəsimi Rayon Məhkəməsində "Bank VTB (Azerbaijan)"ın işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovun iddiası üzrə qərar qəbul edilib.

Bank işdən çıxardığı əməkdaşına uduzdu - İşə qaytardı

Nəsimi Rayon Məhkəməsində "Bank VTB (Azerbaijan)"ın işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovun iddiası üzrə qərar qəbul edilib.


Bu barədə AzNews.az-a vəkil Əkrəm Həsənov məlumat verib. Onun sözlərinə görə, B.Məmmədov işdən korrupsiya qalmaqalı (müştəriyə kreditin verilməsi əsnasında) nəticəsində azad olunmuşdu. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib.

Bundan əlavə, hazırda sözügedən məhkəmədə bu bankın işdən çıxarılan digər iki işçisinin də banka qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesləri gedir. Onların işdən çıxarılması səbəbi bankın son illərdə açdığı filialların təmiri əsnasında 600 000 manatın yeyintisidir. İşçilər bu məsələnin ümumiyyətlə onlara aid olmadığını iddia edir.