AzNews.az saytının hər zaman diqqətdə saxladığı mədəniyyət ocaqlarından olan teatrların rəhbərləri də saytımızı 4 yaşı münasibətilə təbrik edib. AzNews.az saytının hər zaman diqqətdə saxladığı mədəniyyət ocaqlarından olan teatrların rəhbərləri də saytımızı 4 yaşı münasibətilə təbrik edib.

Teatr rəhbərləri AzNews.az-ı təbrik etdi

AzNews.az saytının hər zaman diqqətdə saxladığı mədəniyyət ocaqlarından olan teatrların rəhbərləri də saytımızı 4 yaşı münasibətilə təbrik edib.


Akademik Milli Dram Teatrının baş rejissoru və direktoru Azər Paşa Nemətov bu gün mədəniyyətin bütün sahələrinin, o cümlədən teatr sahəsinin cəmiyyətdə obyektiv, qərəzdən uzaq təbliğinə böyük ehtiyac duyulduğunu vurğulayıb:



"Hesab edirəm ki, teatr və mətbuat əməkdaşlığı sağlam əsaslar üzərində qurulmalı, hər bir təmənnalı münasibətdən uzaq olmalıdır. Mən sizə Azərbaycan jurnalistikasının keçdiyi böyük və şərəfli yolda mədəniyyətimizi sevərək, dəyər verərək addımlamağınızı arzu edirəm. İnanıram ki, milli teatrımızın çağdaş yaradıcı problemlərini, qayğılarını hər cür şou elementlərindən uzaq, vətəndaş təəssübkeşliyi ilə işıqlandıracaq, doğma teatrımızın daha böyük uğurlar qazanmağına öz töhfənizi verəcəksiniz. AzNews.az saytının kollektivini və oxucularını təbrik edirəm, sizə işlərinizdə uğurlar, can sağlığı arzu edirəm".

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyev:



"Sizi 4 yaşınız olması münasibəti ilə kollektivimiz adından təbrik edirəm. Siz həmişə teatr sənətinin inkişafı namizə dəyərli yazılarla sənət sahəsinə öz töhfələrinizi əsirgəməmiş, teatr sahəsində çalışan sənətkarların yaradıcılıq yolunu izləməklə onlara böyük ruh yüksəkliyi vermisiniz. Bu istiqamətdə daha da dolğun fəaliyyət göstərməyinizi arzulayıram".

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov:



"İş vaxtı kompüterimdə daima açıq qalan bir-neçə saytlar var ki, onlardan biri də sizin saytdır. Xüsusən hər dəqiqə, hər an məlumatlar yeniləndiyi üçün və bu məlumatlar təhrif olunmadığı üçün saytınız öz aktuallığını saxlayır. 4 yaşınız münasibətilə sizi təbrik edirəm. Təbii ki, mədəniyyət rubrikanızda daima Mədəniyyət və Turizm Nazirliyinin və tabeçiliyində olan mədəniyyət müəssisələrinin fəaliyyəti, deyərdim gündəlik görülən işlər və baş verən hadisələr öz əksini tapır. Sadəcə burada daha çox Bakıda görülən işlərə geniş yer ayrılır. Arzu edirəm bu yaşınızdan sonra bölgələrə səfərlər etməklə burada çalışan mədəniyyət müəssisələri və sənət adamları haqqında geniş yazılar verəsiniz. İşlərinizdə uğurlar".

Bahar