Sabir Abdin Sabir Abdin

Türkə yiyə-Türkiyə

Sabir Abdin


(Türkiyədəki son hadisələrə həsr olunur)

"Dünya ona görə gözəldir ki, orada türklər yaşayır"
Professor Nizaməddin Şəmsizadənin
"Türkə yiyə-Türkiyə" məqaləsindən.


Türklərin ümid yeri
Türkə yiyə-Türkiyə.
Həm qibləsi, həm piri
Türkə yiyə-Türkiyə.

Milləti bir ordudu,
Ulu Dədə Qorqudu,
Qəhrəmanlar yurdudu,
Türkə yiyə-Türkiyə.

Düşmənləri boğuldu,
Neçə şəhid doğuldu,
Torpağına oğuldu,
Türkə yiyə-Türkiyə.

Bayraq qana boyandı,
Yatmış gecə oyandı,
Yer üzünə həyandı,
Türkə yiyə-Türkiyə.

Tarix qansız yazılmaz,
Türk elləri basılmaz,
Yad bayraqlar asılmaz,
Türkə yiyə-Türkiyə.

Çanaqqala, Maraşı,
Görmüş neçə savaşı,
Azərbaycan qardaşı,
Türkə yiyə-Türkiyə.

30.07.2016.