10:04
(077) 610-22-33

“Heç kimi məcbur edə bilmərəm ki, məni təbrik eləsin” - 73 yaşlı Xalq artisti

  • >
4 383 4 Avqust 2016 11:54 | Mədəniyyət

Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik doğum gününü qeyd edir.


AzNews.az xəbər verir ki, sənətkar 73 yaşını tamamlayıb. R. Məlik özünü hələ də 30 yaşındakı kimi hiss etdiyini deyib: "Özümü 30 yaşında gənc kimi hiss edirəm. Gənclik ruhum var. Sənətdə, həyatda, insanlara qarşı münasibətdə həmişə necə olmuşamsa, bu gün də eləyəm. Bundan sonra nə qədər ömrüm olsa, yenə də öz prinsiplərimlə yaşayacağam".

Ad gününü ailəsi ilə bir yerdə keçirəcəyini deyən aktyor övladları və nəvələrinin arasında olmaqdan zövq aldığını bildirib. Aktyor ad günü ilə bağlı ona sənət yoldaşlarından təbriklər gəldiyini qeyd edib: "Teatr əhli indi məzuniyyətdədir. Kim istəyir təbrik eləyir. Sağ olsunlar. Etməyənlər də özü bilər. Heç kimi məcbur edə bilmərəm ki, məni təbrik eləsin".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X