Azərbaycan rəssamı, Əməkdar İncəsənət Xadimi Sakit Məmmədov Vatikan Zadəgan Heraldika Akademiyasının mükafatına layiq görülüb. Azərbaycan rəssamı, Əməkdar İncəsənət Xadimi Sakit Məmmədov Vatikan Zadəgan Heraldika Akademiyasının mükafatına layiq görülüb.

Məşhur azərbaycanlı rəssam Vatikanda qraf titulu aldı

Azərbaycan rəssamı, Əməkdar İncəsənət Xadimi Sakit Məmmədov Vatikan Zadəgan Heraldika Akademiyasının mükafatına layiq görülüb.


Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Akademiya rəssama qraf titulunun verilməsi barədə qərar qəbul edib. Bu mükafat ona incəsənət sahəsində onun böyük uğurlarının tanınmasına görə tədqim olunub.

Bundan əlavə isə Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib.

Hər üç mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib.

Qeyd edək ki, avqustun 5-i Sakit Məmmədovun 58 yaşı olur.

Bahar RÜSTƏMLİ
AzNews.az