Akademik Milli Dram Teatrı Əməkdar artist Məcnun Hacıbəyovun “Qardaşlıq yardımı”nın kəsilməsiylə bağlı ittihamlarına cavab verib. Akademik Milli Dram Teatrı Əməkdar artist Məcnun Hacıbəyovun “Qardaşlıq yardımı”nın kəsilməsiylə bağlı ittihamlarına cavab verib.

Aktyorun pulunu Azər Paşa Nemətov kəsib? - “Azdrama”dan ittihamlara cavab

Akademik Milli Dram Teatrı Əməkdar artist Məcnun Hacıbəyovun “Qardaşlıq yardımı”nın kəsilməsiylə bağlı ittihamlarına cavab verib.


Teatrdan AzNews.az-a daxil olan məlumatda bildirilir ki, aktyora yardımının kəsilməsinin teatrın rəhbərliyinin dəyişməsiylə əlaqədar deyil: "Əməkdar artist Məcnun Hacıbəyov teatrın daxili imkanları hesabına yardım alıb. Yardım haqqında qərar qəbul olunanda hansı müddət göstərilibsə, həmin müddətdə nəzərdə tutulan vəsait ödənilib. Bu ilin yanvarında isə həmin müddət başa çatıb. Məcnun müəllimin iddia etdiyi kimi bu məsələnin teatr rəhbərliyinin dəyişilməsi ilə hər hansı bağlılığı yoxdur".

Qeyd edək ki, Əməkdar artist Məcnun Hacıbəyov Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru Azər Paşa Nemətova ağır ittihamlar səsləndirib. Aktyor bidirib ki, teatrın sabiq direktoru İsrafil İsrafilov tərəfindən ona kəsilən "Qardaşlıq yardımı" Azər Paşa Nemətov tərəfindən kəsib: "İsrafil İsrafilov Akademik Milli Dram Teatrının direktoru olanda bədii şura "Qardaşlıq yardımı" deyilən yardım təyin etdi. Bu yardım mənə 2016-ci ilə kimi veriləcəkdi. Amma Azər Paşa Nemətov gələn kimi bu yardımı kəsdi. Çağırdılar teatra, mühasibatlıqda dedilər ki, teatrın sizə verməyə pulu yoxdur, Bədii Şura qərar verib ki, sənin pulunu kəsək. İstədim şikayət edəm, amma vaz keçdim. Onun qərarından belə çıxır ki, guya teatrın əlavə pulu yoxdur. Özümə də bir sənəd verdilər. Sənəddə yazılıb ki, teatrın imkanı yoxdur, çünki Teatra gələn yoxdur. Onda daha niyə işləyirsən, ərizə ver çıx da… Qoy başqası gəlsin. 200 manat yardım nə idi ki, onu da Azər Paşa mənə çox gördü?".

Bahar RÜSTƏMLİ
AzNews.az