Xalq artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Xalq artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.

Ramiz Əzizbəyli arxivləşdirildi

Xalq artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.


Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.

O qeyd edib, Milli Arxiv İdarəsi bununla bağlı ailəyə təklif göndərib: "Bu barədə qızıma deyiblər. Qızım da onların istədiyi sənədlərin hamısını idarəyə təqdim edib. Onların arasında əlyazmalar, afişalar, təsviri sənədlər, yaradıcılığıma aid sənədlər var. Milli Arxiv İdarəsinə təşəkkür edirəm".

R.Əzizbəyli hazırda səhhətinin yaxşı olduğunu vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az