15:48
(077) 610-22-33

Vaqif Bayatılı əməliyyat olunacaq? - Açıqlama

  • >
1 648 9 Avqust 2016 11:17 | Mədəniyyət

Azərbaycanın tanınmış şairi Vaqif Bayatılı əməliyyat olunmayacaq.


Bu barədə AzNews.az-a professor Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, şair xüsusi müayinə üsulu ilə müalicə olunacaq: "Vaqif Bayatılının səhhətində problemlər var. Bir neçə gündür ki, müayinədən keçirilir. Həkimlər ona əvvəlcə əmliyyat olunacağını dedilər. Lakin sonda onun əməliyyat olunmaması ilə bağlı ümumi qərar verildi. Xüsusi bir üsul var, onunla müalicə olunacaq. Baş-beyinə qanaxma təhlükəsi olduğuna görə, şair müalicə almalıdır. Hazırda şairin analizlərinin bir cavabı qalıb, o da bu gün bəlli olacaq".

Xatırladaq ki, şair Vaqif Bayatılının səhhətində problemlər yarandığından təcili olaraq Türkiyəyə aparılıb. Avqustun 8-də isə şairin ürək və beyin əməliyyatı olunacağı barədə xəbər yayılmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X