Orta məktəbdə oxuduğu zaman Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinfin “Həndəsə” dərsində iştirak edir. Orta məktəbdə oxuduğu zaman Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinfin “Həndəsə” dərsində iştirak edir.

Vahabzadənin amerikalı alim dostu – İranda “istiqlal marşı”nı necə oxudu? (Foto)

Orta məktəbdə oxuduğu zaman Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinfin “Həndəsə” dərsində iştirak edir.


Ev tapşırığını danışan şagirdlərdən biri yazı lövhəsində misalı həll edərkən rəqəmlərin altında bəndləri bildirən "alfa", "beta", "qamma" hərflərini yazanda Atatürk şagirddən soruşur, türk dilində kifayət qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən? Şagird çəkinə-çəkinə, "müəllimimiz belə öyrədib"- söyləyir. Atatürk ayağa qalxıb lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə a, b, c hərflərini yazır. Həndəsə müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla, "paşam, dövlətimizin bizə verdiyi kitabda belə yazılıb" - deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir həftə sonra "Həndəsə" kitabları yenisi ilə əvəzlənir...

Həmsöhbətim uzun illər ABŞ-ın İndiana universitetinin türkologiya fakültəsinə rəhbərlik etmiş, filologiya doktoru, folklorşünas tədqiqatçı, professor İlhan Başgözdür.
İndiana ştatının Bluminqton şəhərində yaşayır. Türkiyə Elmlər Akademiyasının fəxri üzvüdür. 22 kitab müəllifidir. Onların on dördü türkcə, yeddisi ingiliscə, biri isə fransız dilində nəşr olunub...

Azərbaycanda cəmi iki dəfə olub. Amma Azərbaycana o qədər bağlıdır ki, Azərbaycan dastanlarını ingiliscə, Molla Nəsrəddinin lətifələrini isə həm ingilis və həm də fransız dillərində kitab halında nəşr etdirib. Azərbaycanda olarkən 20 gün Bəxtiyar Vahabzadənin Şəkidəki evində qonağı olub. ABŞ-a döndükdən sonra B. Vahabzadənin seçmə şeirlərindən ibarət ingilis dilində kitab ərsəyə gətirib. Bəxtiyar Vahabzadə, Cavad Heyət onun ən yaxın dostlarından olub. Deyir: "İlk dəfə Cavad Heyəti Amerikaya dəvət elədim, qonağım oldu. İndiana Universitetində Azərbaycan ədəbiyyatı haqqında gözəl çıxış da etdi. Sonradan mən onun Tehranda qonağı oldum. O vaxt şah Rza Pəhləvi hakimiyyətdə idi. Şah Cavad Heyətin xətrini çox istədiyi üçün İranın yüksək vəzifəli adamları onunla mehriban davranırdılar. Bir dəfə Cavad Heyət Tehrandakı evində təşkil etdiyi məclisdə məni qonaqlara təqdim edib söylədi ki, "istiqlal marşı"nı oxuyum. Qulağına İran təhlükəsizlik xidmətindən çəkindiyimi bildirdim. Dedi, çəkinmə, burda əyləşənlər hamısı vəzifəli adamlardır. Məsələn, bu kişi şahın təhlükəsizlik xidmətinin rəisidir, o, kişi isə Tehran polisinin rəhbəridir. Dedim axı mənim səsim yoxdur. Dedi, şeir kimi söylə. Söylədim, məclisdəkilər "istiqlal marşı"nı ayaq üstə dinləyib, sonda məni gurultulu alqışlara tutdular..."

İlhan Başgöz dostluq etdiyi insanlar haqqında danışdıqca kövrəlir, onların yoxluğuna çox heyfsilənirdi. Zarafatından da qalmırdı. Ayrılanda Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillin 1964-cü ildə bir gənc jurnalistə dediklərini söyləyib məni qapıyadək ötürdü: "Müsahibə götürən jurnalist 90 yaşlı Çörçilldən ayrılarkən ona, "cənab Çörçill, ümid edirəm ki, sizinlə 2000-ci ildə də görüşəcəyik" - deyib. O isə, "bunu sənə arzulamazdım. Sən məndən yaşda çox kiçiksən" - söyləyir...

Elman Eldaroğlu,
ABŞ, İndiana


image description image description image description image description