08:35
(077) 610-22-33

Aşıq Azərlə bağlı şad xəbər - Donor tapıldı

  • >
4 057 10 Avqust 2016 11:50 | Mədəniyyət

Aşıq Azər Xanlaroğluna donor tapılıb.


Bu barədə AzNews.az-a aşığın özü məlumat verib. Aşıq donorun yaxın qohumu olduğunu qeyd edib: "Donor əmim oğludur. Təmannasız mənə donor olacaq".

Aşıq Azər bildirib ki, əməliyyat üçün lazım olan vəsait dövlət tərəfindən qarşılanacaq: "Əməliyyat Səhiyyə Nazirliyinin təşəbbüsü və millət vəkili Qənirə Paşayevanın sayəsində baş tutacaq. Qənirə xanıma çox minnətdaram. Hər gün ya mənə baş çəkir, ya da mütləq zəng edir".

A.Xanlaroğlu bütün müayinələrdən keçdiyini və hazırda əməliyyat gününün açıqlanmasını gözlədiyini qeyd edib: "Əməliyyatda iştirak edəcək həkimlərin kimliyi də yaxın günlərdə bəlli olacaq. Ayağımdakı şişlər hələ çəkilməyib. Əməliyyatdan sonra ayağım da müalicə olunacaq. Ümumilikdə bu, ağır bir əməliyyatdır".

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu Hepatit C virusundan əziyyət çəkir. Bu səbəbdən Mərkəzi Neftçilər Xəstəxanasında aşığa qaraciyər köçürüləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X