19:46
(077) 610-22-33

“Ölmüşdük, o bizi xilas elədi” – Muğam ifaçılarının təbriki

  • >
4 593 26 Avqust 2016 12:49 | Mədəniyyət

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Əliyevanın xidmətləri arasında Azərbaycan muğam sənəti və onun ifaçılarına olan diqqəti və qayğısı danılmazdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dəfələrlə muğam müsabiqələri keçirilib, gənc istedadlılar cəmiyyətə təqdim olunub. Məhz bu xidmətlərinə görə, 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycanın muğam ifaçıları AzNews.az vasitəsi ilə Mehriban xanım Əliyevanı təbrik ediblər:

Xalq artisti Əlibaba Məmmədov: "Bütün muğam ifaçıları Mehriban xanım Əliyevaya borcludur. Nə qədər bu sənət var ona borclu olaraq da qalacaqlar. Ailəm adından onu təbrik edirəm".

Xalq artisti Arif Babayev: "Mehriban Əliyeva dünya şöhrətli bir xanımdır. Xeyirxah xanım kimi dünyanın bir çox ölkələrində tanınır. Mehriban xanımın muğam sənətinə olan qayğısı, diqqəti unudulmazdır. O, çox böyük işlər görüb. Bu bir faktdır ki, heç zaman bu sənətə onun verdiyi dəyər qədər qiymət verilməyib. Sənət adamları böyük bir ordudur. Biz hamımız onu dəstəkləyirik. Allah onu uca eləsin, bizim xalqa hələ çox lazımdır. Başda prezidentimiz olmaq şərti ilə onun ad gününü təbrik edirik. Biz yaşlı nəslin duaları onunladır, bizim üstümüzdə onun böyük qayğısı var. Ömrünü bu sənətdə qoyan yaşlı xanəndə kimi Mehriban xanım Əliyevanı təbrik edirəm".

Xalq artisti Canəli Əkbərov: "Mehriban xanımın bütün ölkələrdə hörməti var. Mehriban xanım Əliyevanın bu sənətə diqqəti beynəlxalq muğam sənətinin inkişafına böyük bir təkan verdi. Analoqu olmayan bir yerdə Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu mərkəz elə bir layihələr hazırladı ki, dünyanın şərqşünas alimləri bizim muğamlarımızın sanki sehrinə gəldilər. Mehriban xanın Əliyeva ləyaqətli və dəyərli bir xanımdır. Muğam layihələrinin keçirilməsində onun böyük xidmətləri var. O, muğam bayrağını YUNESKO-nun ən uca zirvəsinə sancdı. Xalqımızın şərəfli qızı bu qədər işlər görüb. Mehriban xanım Əliyevanın gördüyü işlər dünya səviyyəsində bəyənilir və təltif olunur. Biz də o təltiflərə qoşuluruq. Xalqımızın mehriban və öz mədəniyyətinə bağlı qızı bu qədər işlər görüb xalqına baş ucalığı gətirib. Onu təbrik edirəm".

Xalq artisti Ağaxan Abdullayev: "Mehriban xanım haqqında nə desək azdır. Ona qadın xoşbəxtliyi və muğam qədər ömür arzulayıram. Mehriban xanımın muğam sənətinə və onun ifaçılarına diqqəti göz qarşısında olub. Muğam ölmüşdü. Amma bu sənət Mehriban xanım Əliyevanın sayəsində dünyanın şah əsərinə çevrildi. Allah ona o qədər ömür versin ki, bizdən sonra gələn muğam ifaçılarına da dəstək olsun. Mən xəstəyəm. Xəstəliyimlə əlaqədar bütün müalicənin xərcləri məhz bu xanımın sayəsində ödənildi. Bu gün ayaq üstəyəmsə, onu Mehriban xanıma borcluyam. Burdan ona çox sağ ol deyirəm. Onun ünvanına nə qədər xoş sözlər yazılsa, azdır".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X