Xalq artsiti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib. Xalq artsiti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.

Oqtay Zülfüqarov vəfat etdi

Xalq artsiti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.


Bu barədə AzNews.az-a mərhumun ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, bəstəkar uzun zamandır ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumla vida mərasimi bu gün saat 13:00-da Təzə Pir Məscidində keçiriləcək. O. Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 3 övladı var.

Bahar RÜSTƏMLİ
AzNews.az