“Teatrda pul qazananların üzünə baxmaq olmur”

"Teatrı qaldırmaq təkcə orada işləyənlərin vəzifəsi deyil. Bu, dövlət əhəmiyyətli bir məsələdir". Bunu AzNews.az-a Əməkdar incəsənət xadimi Oruc Qurbanov deyib.

Onun fikrincə, teatrı qaldırmaq üçün bütün sahələrdə islahatlar aparılmalıdır: "Bəşəriyyət yarandığı gündən bəzi problemləri – iqtisadi, siyasi, sosial məsələləri həll etmək gücünə malik olmayıb. Teatr sənəti bu üzdən yaranıb. Teatr sənəti böyük faciələrlə başlayıb. Belə faciələrlə bu günə gəlib çıxan Azərbaycan teatrının azadlığını əlindən alıblar. Teatrı şouya çeviriblər. Rusiyaya baxın, görün orada şou üçün necə məkanlar, pavilyonlar var, hələ aktyorlarını demirəm. Bizdə isə bu sahədə pul qazananların üzünə, paltarlarına baxmaq olmur. Baxın da, görmürsünüz ki, nə gündədirlər?".

Bahar Rüstəmli
AzNews.az