05:17
(077) 610-22-33

YUNESKO-da mədəni irslə bağlı iclas keçiriləcək

  • >
4 660 3 Dekabr 2012 09:33 | Mədəniyyət

YUNESKO-nun Parisdəki qərargahında təşkilatın Qeyri-maddi mədəni irsi üzrə Hökumətlərarası Komitəsinin növbəti iclası keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı sözügedən iclasda Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiyada üzv ölkələrin YUNESKO-ya təqdim etdiyi qeyri- maddi mədəni irs nümunələri, komitənin gələcək fəaliyyət mexanizmləri, büdcə məsələləri, qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın 10 illik yubiley tədbirləri və s. məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, iclas dekabrın 3-dən 7-dək davam edəcək.

Bahar Rüstəmli
AzNews.az
Bağla X