Parisdə daha bir iclas olacaq

Parisdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək.

Dekabrın 8-də baş tutacaq iclasda forumun rəsmi tərəfdaşları olan YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramının, konseptual sənədlərinin və layihələrinin müzakirəsi nəzərdə tutulub.

Bahar Rüstəmli
AzNews.az