23:50
(077) 610-22-33

Bələdiyyə Teatrında “TƏLXƏK” qalmaqalı

  • >
1 345 3 Dekabr 2012 12:26 | Mədəniyyət

“Təlxək onu deyənin özüdür”



"Bakı Film" kinostudiyasının istehsalı olan "Ağabəyovlar" serialı xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının yaradıcı heyətini təhqir edib. Serialın sonuncu bölümündə teatrın ünvanına belə bir fikir səslənib: "Təlxəklik eləmə. Bura sənin üçün Bakı Bələdiyyə Teatrı deyil".

Bakı Bələdiyyə Teatrının truppa müdiri, Əməkdar artist Firəngiz Babayeva AzNews.az-a açıqlamasında məsələni araşdırdıqlarını deyib: "Bu bizim, ümumiyyətlə, insan olan kəsin ünvanına deyilən çox nəzakətsiz bir ifadədir. Mənə çox pis təsir edib. Çünki bu teatrın "Nadir şah", "Dəli Domrul", "Əli və Nino", "Qaravəlli", "Tomris" kimi tamaşaları olub. Mənə elə gəlir ki, heç bir təlxək nə Tomris, nə Əli, nə də Nino oynayar. Bu şəxsiyyəti təhqir etməkdir. Onlar ANS-in efirindən 100 nəfərlik kollektivi təhqir ediblər. Biz bunu araşdıracağıq. Bu teatrı təhqir etmək istəyən insanlar gedib öz teatlarını və efirlərini təhqir etsinlər. Onlara kim ixtiyar verib ki, belə bir teatrı təhqir edirlər? Getsinlər öz teatrlarına baxsınlar, sonra kimisə təhqir etsinlər. Şəhid obrazını oynayanı təhqir edərlər?

Bu təkcə aktyoru deyil, birbaşa Azərbaycan mədəniyyətini təhqir etməkdir. Bunu deyən şəxs yəqin ki, özü aktyor deyil. Biz bunu belə qoymayacağıq. Nələr olduğunu görəcəklər".

Qeyd edək ki, "Bakı Film" kinostudiyası tərəfindən istehsal edilən serialın ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir.

Bahar Rüstəmli
AzNews.az
Bağla X