"Buna xalq və sənət yolunda ölüm deyirlər" "Buna xalq və sənət yolunda ölüm deyirlər"

Alim Qasımov qiyamət günündə konsert verəcək

"Buna xalq və sənət yolunda ölüm deyirlər"



Xalq artisti, muğam ifaçısı Alim Qasımov qiyamət günündə konsert verəcək.
Bunu AzNews.az-a sənətkarın özü deyib.

A.Qasımovun fikirincə, qiyamət gününə konsert təyin etmək səbəbsiz deyil: "Baxıram ki, hamı qorxu içərisindədir. Bu qorxunu insanların canından çıxarmaq lazımdır. Birincisi bizi də, dünyanı da Allah yaradıb. Ondan gələni də canla-başla qəbul etməliyik. Hətta qiyaməti də olsa belə. Əgər gəlmişiksə bir gün də gedəcəyik. Amma Allahdan ümid kəsilməz. Başım konsertlərə elə qarışıb ki, qiyamət günü də yadıma düşmür.

Bir də sənətkar gərək elə səhnədə ölsün. Buna xalq və sənət yolunda ölüm deyirlər. Odur ki, ölümün gözünə dik baxaraq, dekabrın 21-də evimdən uzaqda Kanadada olacam. Məşqlərimiz uzun olacaq. Çünki budəfəki proqram rəqslər altında olacaq. Əgər qismət olsa, yəni dünya dağılmasa sağ-salamat Azərbaycana, ailəmin üstünə dönəcəm".

Bahar Rüstəmli
AzNews.az