13:22
(077) 610-22-33

Britaniyada Azərbaycan gecəsi

  • >
548 4 Dekabr 2012 12:17 | Mədəniyyət

Böyük Britaniyanın Mançester Universitetində "Azərbaycan Musiqi Gecəsi" keçirilib.
ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) və ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dəstəyi ilə "Mançester Azərbaycan Cəmiyyəti" tərəfindən təşkil olunan tədbirdə əsas məqsəd Azərbaycanın milli musiqisi və rəqslərinin tədbirə dəvət olunmuş Mançester Universitetinin tələbələrinə tanıdılması idi.

İlk əvvəl Azərbaycan musiqisi-xalq mahnıları, bəstəkarları və musiqi alətləri haqqında tədbir iştirakçılarına məlumat verilib. Daha sonra Mançester, Şeffild, Oxford və Belfast şəhərlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən milli musiqilər tar, nağara, və digər alətlərdə ifa olunub. Mançester Azərbaycan Cəmiyyətinin üzvləri tərəfindən hazırlanmış "Mirzeyi", "Naz eləmə" və digər milli rəqslərimiz ifa edilərək tədbir iştirakçılarına tanıdılıb.

Sonda qaliblərə Azərbaycanla bağlı hədiyyələr verilib. Xarici qonaqların Azərbaycan rəqslərini oynamaları tədbirin ən yadda qalan anlarından biri olub.

Bahar Rüstəmli
AzNews.az
Bağla X