“54 gün mühasirədə”

Dekabrın 6-da "Park-Bulvar"da "54 gün mühasirədə" adlı sənədli filminin təqdimatı olacaq. Sözügedən film Ermənistanın işğalı nəticəsində mühasirədə qalan 19 nəfər laçınlının həyatından bəhs edir.

"54 gün mühasirədə" adlı sənədli filminin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film millət vəkili Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.

Onu da bildirək ki, Azərbaycan dilində çəkilən sənədli film yaxın zamanlarda bir çox dillərdə tərcümə olunacaq.

Bahar Rüstəmli
AzNews.az