SSRİ xalq artisti Bakıda nostalji hisslər yaşatdı – FOTOSESSİYA

Heydər Əliyev Sarayında SSRİ xalq artisti Edita Pyexa anadan olmasının 75, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr olunan konsert proqramıyla çıxış edib.

AzNews.az-ın məlumatına görə, Əməkdar artist Firdovsi Atakişiyev ilə teleaparıcı Lətafət Ələkbərovanın təqdimatı ilə səhnəyə dəvət olunan Edita Pyexa tamaşaçıları salamlayaraq, sevilən mahnılarını ifa edib.

Daha sonra xalq artisti ilk dəfə Bakıda verdiyi konsert proqramından danışıb: "Bakıya ilk dəfə 22 yaşımda gəlmişdim. O vaxtları da bugünkü kimi şəhər gözəl idi. Tamaşaçıların qarşısında çıxış edərkən özümü evimdə hiss edirdim. Bakı mənim üçüm əzizdir".

Anşlaqla keçən konsertdə E.Pyexa repertuarında yer alan mahnıları ifa edərək, tamaşaçılara xoş anlar yaşadıb.

Konsert zamanı xalq artisti Afaq Məlikovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs Ansamblı və "Odlar" rəqs ansamblı da çıxış ediblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə gerçəkləşən konsert proqramı Azərbaycan Respublikası və Sankt-Peterburq şəhəri mədəni və humanitar əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description