“Dolu” Rusiyaya gedir

Millət vəkili Aqil Abbasın "Dolu" filmi Rusiyaya gedir. Film dekabrın 6-dan 9-dək Rusiyanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində kinosevərlərin ixtiyarında olacaq.

Qarabağ müharibəsini özündə əks etdirən filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur. Rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkiliblər.

Bahar Rüstəmli
AzNews.az