Azərbaycanlı bəstəkarın yeni baleti səhnəyə qoyulacaq

Əməkdar incəsənət xadimi, bəstəkar Elnara Dadaşovanın "Sayalı" baletinin premyerası olacaq. Dekabrın 15-də nümayiş olunacaq balet məhəbbəti, gəncliyi, rəqabəti və "Novruz" bayramı ərəfəsində təbiətin oyanışını tərənnüm edir.

Tamaşanın quruluşçu baletmeysteri albaniyalı xoreoqraf Pulumb Aqilliu, dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Yusif Babayevdir.
Tamaşada gənc və istedadlı balet artistləri ilə yanaşı, həm də truppanın aparıcı solistləri xalq artisti Kamilla Hüseynova, Gülağası Mirzəyev, Samir Səmədov da iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az