04:42
(077) 610-22-33

Yeni serial çəkilir

  • >
561 6 Dekabr 2012 10:56 | Mədəniyyət

"Həyat varsa" serialının "Xəyanət" və "Əsl sevgi" bölümündə bir-birindən yadda qalan obrazlar yaradan aktyor Ruslan Sabiri yeni layihəyə dəvət alıb. O, bu dəfə "Muradına çatan günəş" serialında baş rolda oynayacaq.

Aktyorun AzNews.az-a verdiyi açıqlamaya görə, o, "Muradına çatan Günəş" serialında baş rolda polis müstəntiqi, kapitan Murad rolunda çəkilir: "Bəyənmədiyim layihələrdən imtina edirəm. "Amerikanın Səsi" radiosuna müsahibə verdim. Orada qeyd etdim ki, Azərbaycanda seriallar hələ yenicə başlayıb və biz hələ əlifba öyrənirik. Nə vaxtsa cümlələr də yazacağıq".

Aktyor, aparıcı Kəmalə Piriyevanın internetdə yayımlanan fotolarına da münasibət açıqlayıb: "Fotolar böyük dedi-qoduya səbəb oldu. Amma bu fotolar reklam çəkilişi zamanı edilmiş fotosessiyadandır".

Bahar Rüstəmli
AzNews.az
Bağla X