08:38
(077) 610-22-33

BSU-da ədəbi gecə keçirildi

  • >
566 6 Dekabr 2012 16:15 | Mədəniyyət

Dekabrın 6-da Bakı Slavyan Universitetində Azərbaycanın tanınmış şairi poeziyamızın "Dürri-yekta"sı Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyi münasibəti ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin təşkil etdiyi ədəbi-bədii kompozisiya keçirilib. AzNews.az-ın məlumatına görə, tədbir iştirakçılarını salamlayan aparıcılar Natəvanın həyat və yaradıcılığı, bədii irsi haqqında maraqlı məlumatlar verdilər.

Universitetin tərbiyə işləri üzrə prorektoru dosent Oqtay Səmədov Xurşidbanu Natavanın qəzəllərindən ibarət şeir müsabiqəsində yer tutan tələbələrə diplomlar və hədiyyələr təqdim etdi.

Sonra Azərbaycan ədəbiyyatı kafedrasının professoru Tahirə Məmməd "Gülə aşiq gül", dosent Leyla Məmmədova isə "Poeziyamızın dürri yektası" adlı məruzələrlə çıxış etdilər. Tələbələrin çıxışları, Natəvanın qəzəllərinin muğam üstündə ifası, tələbələrin təqdimatında Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazdığı "Qərənfil" romansının səslənməsi ədəbi-bədii gecəni daha da maraqlı etdi.

İlkin
AzNews.az
Bağla X