Rövşən Almuradlı: “Mədəniyyətin ən güclü daşıyıcısı incəsənətdir” Rövşən Almuradlı: “Mədəniyyətin ən güclü daşıyıcısı incəsənətdir”

“Kino sahəsinə ayrılan maliyyə artırılmalıdır”

Rövşən Almuradlı: “Mədəniyyətin ən güclü daşıyıcısı incəsənətdir”



"Dövlət büdcəsi müzakirə olunarkən ən çox maddi yardım mədəniyyət sahəsinə ayrılmalıdır". Bunu AzNews.az-a açıqlamasında rejissor Rövşən Almuradlı bildirib.

R.Almuradlının sözlərinə görə, mədəniyyətə, xüsusilə də kino sahəsinə ayrılan maliyyə azaldılmamalıdır, əksinə, ilbəil artırılmalıdır: "Kino sahəsinə ayrılan maliyyə artırılmalıdır. Mədəniyyətin ən güclü daşıyıcısı incəsənətdir. İncəsənət bədii gücə malikdir. Kino həm millətləri yaşadır, həm də onların mədəniyyətini təbliğ edir. Elə buna görə maliyyə bütün sahələrdən çox mədəniyyətə ayrılmalıdır. Çox təəssüf edirəm ki, dövlət həmişə bu sahəni ikinci planda saxlayır".

Bahar Rüstəmli
AzNews.az