18:37
(077) 610-22-33

Çində Nizami Gəncəvinin büstü qoyuldu

  • >
515 7 Dekabr 2012 15:59 | Mədəniyyət

Çinin paytaxtı Pekinin Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, büstün açılışı ilə bağlı Azərbaycanın Pekindəki səfirliyi mərasim keçirib. Mərasimdə Çinin Xarici İşlər, Mədəniyyət nazirliklərinin rəsmiləri, Türkiyə, Özbəkistan, Gürcüstan, Tacikistan, Bosniya və Herseqovina, Əlcəzair və Əfqanıstanın Pekindəki səfirləri iştirak edib.

Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur.

Bahar Rüstəmli
AzNews.az
Bağla X