Müslüm Maqomayev haqqında film hazırdır

SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş 3 hissəli bədii-sənədli musiqili film üzərində iş yekunlaşmaq üzrədir. "Salnamə" studiyasının istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gələcək.

Filmin rejissoru və ssenari müəllifi Xalq artisti Tofiq İsmayılovdur.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, film dekabrın sonlarında tamaşaçılara təqdim olunacaq.

Bahar Rüstəmli
AzNews.az