Azərbaycanlı müğənninin “La Skala” arzusu – FOTOSESSİYA

Müğənni Cahangir Qurbanov hazırda Opera və Balet Teatrındakı fəaliyyətini davam etdirir. AzNews.az-ın məlumatına görə, solist artıq iki operada əsas rolları oynayır. O, "Leyli və Məcnun" operasında Nofəl, "Sevil" operasında isə Atakişi obrazlarını canlandırıb.

C.Qurbanov ən böyük arzusunun məşhur "La Skala" Operasının səhnəsində çıxış etmək olduğunu deyib: "Hədəfim məşhur "La Skala" Teatrının səhnəsidir. Opera və Balet Teatrı kimi sənət ocağında xalq artistləri Azər Zeynalovla, Mənsum İbrahimovla eyni səhnəni bölüşmək, onlarla tərəf müqabili olmaq əlbəttə ki, mənə stimul və güc verir. İnanıram ki, bu arzuma çatacam".

Qeyd edək ki, Cahangir Qurbanov əməkdar artist İlqar Muradovun xalası nəvəsidir.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description