21:11
(077) 610-22-33

Səfir “Traktor”un oyununda stadiondan çıxarıldı - QALMAQAL

  • >
936 8 Dekabr 2012 12:39 | Mədəniyyət

Səfir “pantürkizm”də ittiham olunur



Təbrizin "Traktor" futbol klubu ilə Tehranın "Perspolis" komandası arasındakı qarşılaşma ilə bağlı maraqlı məlumatlar yayılıb. Məlumata görə, Türkiyənin İrandakı səfiri Ümid Yardıma Tehranın "Azadlıq" stadionunda keçirilən yarışı sona qədər izləməyə imkan verilməyib. Bu barədə məlumatı "Fardanews" yayıb.

Məlumata görə, ilk hissədə azarkeşlərin arasında oyuna baxan türkiyəli diplomatı iki jurnalist görərək ondan müsahibə almaq istəyiblər. Lakin İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və stadionun təhlükəsizlik xidmətinin əməkdaşları buna mane olaraq səfiri stadiondan çıxarıblar.

Sayt oyun zamanı soydaşlarımızın zəlzələ qurbanlarına dövlətin diqqətsizliyinə etiraz edən aksiyasını "pantürkizm əməli" adlandırıb: "Oyunun ikinci hissəsində Ümit Yardım iranlı məmurlar tərəfindən stadiondan çıxarılıb. Azarkeşlərin siyasi şüarlar səsləndirməsi və türkiyəli diplomatın stadionda olması göstərir ki, "Traktor" tərəfdarlarının sırasında "pantürkizm"ə meyl edənlər hələ də var".

Qeyd edək ki, Təbrizin "Traktor" futbol komandasının azarkeşləri "Perspolis"-"Traktor" görüşündə etiraz aksiyası keçiriblər. Azarkeşlər oyunun 20-ci dəqiqəsində köynəklərini soyunmaqla Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərər çəkənlərə dövlətin laqeyd münasibətinə etiraz ediblər. Aksiyaya müdaxilə edən polislə azarkeşlər arasında qarşıdurma baş verib.

"Traktor" azarkeşlərindən həbs edilənlər və yaralananlar olub.
Tehranın "Perspolis" futbol komandasının baş məşqçisi türkiyəli Mustafa Dənizlidir.

Alpər
AzNews.az
Bağla X