Xalça Muzeyi “qiyamət günü”ndən sonra açılacaq

Uzun zamandır ki, tikintisi gedən Xalça Muzeyi istifadəyə tam hazırdır. Muzeydən verilən məlumata görə, açılış mərasimi dekabrın 22-də baş tutacaq.

Qeyd edək ki, xalça muzeyi müasir dünya standartlarına cavab verən texnoloji avadanlıqlarla təchiz olunub. Muzeyin məqsədi UNESCO-nun mədəni irsi siyahısına düşən Azərbaycan xalçasının təbliğinə xidmət etməkdir. Onu da bildirək ki, muzeydə ən qədim xalça növləri ilə yanaşı, müasir xalçalar da nümayiş olunacaq.

Bahar Rüstəmli
AzNews.az