Bəhruz Kəngərlinin 120 illiyi qeyd edildi

Azərbaycanın peşəkar rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin 120 illiyi Naxçıvanda təntənəli şəkildə qeyd edilib.
AzNews.az-a "Lider TV"-nin Naxçıvan müxbiri Səməd Canbaxşıyevin verdiyi məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Muxtar Respublikanın eyniadlı qurumu və Milli İncəsənət Muzeyinin təşkillatçılıığı ilə Naxçıvanda rəssamın adını daşıdığı sərgi salonunda ilk dəfə olaraq onun orjinal əsərləri nümayiş etdirilib.

Verilən məlumatda deyilir ki, tədbirdə Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib. Ali Məclis sədri bildirib ki, rəssam ilk dəfə olaraq qaçqınlar faciəsini əks etdirməklə 1918-20-ci illərdə xalqımızın dücar olduğu müsibətləri açıb göstərib. V.Talıbov xatırladıb ki, B.Kəngərli Naxçıvanın imkanlı şəxslərinin rəsmlərini kətana köçürməklə, əldə etdiyi vəsaitlə imkansız uşaqların təhsil almasına xərcləyib.

Məlumatda qeyd olunur ki, keçirilən yubiley tədbirində Azərbaycanın mədəniyyət və turizim naziri Əbülfəz Qarayev də iştirak edib.

AzNews.az