Bakıda yeni fond yaradılacaq

Milli Məclisdə "Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunun layihəsi müzakirə edilib.

AzNews.az-ın məlumatına görə, fond barədə məlumat verən mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, bu fondun yaradılması təşəbbüsü 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin 9-cu zirvə toplantısında olub.

Onun sözlərinə görə, yaradılan fondun mərkəzi Bakı şəhərində olacaq və prezidenti də azərbaycanlı seçiləcək. Daha sonra millət vəkilləri İsa Həbibbəyli, Gövhər Baxşəliyeva fond barədə öz fikirlərini bildiriblər. Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

İlkin
AzNews.az