Bu gün mərhum şair Nüsrət Kəsəmənlinin ad günüdür. Bu gün mərhum şair Nüsrət Kəsəmənlinin ad günüdür.

"Nüsrət Kəsəmənlinin yubileyindən xəbərsizəm"- Oğlu

Bu gün mərhum şair Nüsrət Kəsəmənlinin ad günüdür.

AzNews.az xəbər verir ki, şairin 70 yaşı tamam olur.

Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli AzNews.az-a açıqlamasında bildirib ki, hazırda Lənkərandadır və bu səbəbdən də Nüsrət Kəsəmənlinin ad gününün necə keçirilməsindən məlumatsızdır:

"Lənkəranda çəkilişdəyəm. Ona görə də yubileyi qeyd edə bilmirəm. Heç şəhərdən də xəbərim yoxdur. Amma sosial şəbəkələrdə yazılan rəyləri oxuyuram. Görürəm ki, Nüsrət Kəsəmənli hər kəsin yadındadır, unudulmayıb. Düşünürəm ki, əbədi yadda qalacaq. Bu da sevindirici haldır."

Rəşad Kəsəmənli qeyd edib ki, yubileylə bağlı ailədə hər hansı bir tədbirin keçirilməsi gözlənilmir:

"Sadəcə zənglər gəlir və hər kəs təbrik edir."

Bahar RÜSTƏMLİ

AzNews.az