15:39
(077) 610-22-33

Əməkdar mədəniyyət işçisi vəfat etdi

  • >
2 444 5 Yanvar 19:58 | Mədəniyyət

Azərbaycan əməkdar mədəniyyət işçisi dünyasını dəyişib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Milli Tarixi Muzeyinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Musa Müzəffər oğlu Nəsirov 67 yaşında vəfat edib.

Xatırladaq ki, Musa Nəsirov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra, 1966-cı ildə Azərbaycan Tarixi Muzeyində fotoqraf vəzifəsinə işə qəbul olub və o vaxtdan fasiləsiz olaraq bu vəzifədə çalışıb.

İşlədiyi 50 il ərzində Musa Nəsirov Muzeyin keçdiyi yolu fotoşəkillərə həkk edərək Muzeyin tarixi salnaməsini yaradıb. İşıq üzü görən onlarla kitablarda yer alan fotoşəkillər, təşkil olunan təbriklərin foto və videoarxivinin yaradılması onun zəhmətinin bəhrəsidir.

Musa Nəsirov 2010-cu ildə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına da layiq görülüb.

Bağla X