07:42
(077) 610-22-33

Mübariz Tağıyev xalqa müraciət etdi: “Bu məsələ başqa istiqamətə gedə bilər ”

  • >
8 073 9 Yanvar 11:07 | Mədəniyyət

“Türkiyə bilərəkdən Azərbaycan iştirakçılarını “O səs Türkiyə”dən uzaqlaşdıra bilməz.”

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev Azərbaycan iştirakçılarının “O səs Türkiyə” yarışmasından uzaqlaşdırılmasına münasibətində bildirib:

“Burada başqa məsələ var. Yəni, bu Türkiyə yoluna bənzəmir. Tənqidi yanaşmalar olar bilər, amma bu, bütün Azərbaycan adından deyil. Kimsə öz fikrini bildirir. Kimdən və nədən inciyiblər? Bir də həmin məqalələri yazanlar musiqi ilə əlaqəli insanlardır? Sözün düzü, mən qardaş Türkiyənin sənət adamlarından bunu gözləmirdim. Gözlənilməz bir şeydir. Uşaqları yarışmadan çıxarmaq nə dərəcədə düzdür? Onlar gəncdirlər, özlərini yoxlamaq istəyirlər. Bu onlar üçün bir şansdır. Bu qardaş Türkiyədir, yad bir ölkə deyil. Mən bunu türk qardaşlarımızdan gözləmirdim.”

Mübariz Tağıyev onu da qeyd edib ki, hazırkı vaxtda bu məsələni qabartmaq doğru sayılmaz: “Bunu qızışdırmaq yox, araşdırmaq lazımdır. Əgər qızışdırmalar davam edərsə, bu ayrı istiqamətə gedə bilər. Türkiyədə vəziyyət pisdir. Bir-birinin ardınca terrorlar olur. Bəlkə bu məsələdə bizi qızışdırırlar? Hər şey ola bilər. Müraciət edirəm hər kəsə, bir az gözləyin.”

“O səs Türkiyə” müsabiqəsinə qatılan azərbaycanlı gənclər Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyev yarışmadan kənarlaşdırılıblar. Əməkdar artist Aybəniz Haşımova isə bunun səbəbini Azərbaycan mətbuatında yarışma haqqında dərc olunan tənqidi fikirlərlə əlaqələndirib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X