Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib. Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib.

Xalq artisti Opera və Balet Teatrından getdi

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib.

Teatrın mətbuat xidmətinn rəhbəri Şükufə Ağamirzəyeva AzNews.az-a məlumatı təsdiqləyib. Onun sözlərinə görə, sənətçi noyabr ayının 1-dən işdən azad olunub:

“Nəzakət Teymurova rəhbərliyə ərizə ilə müraciət edib və onun işdən azad olunmasını tələb edib. Bunu nəzərə alan rəhbərlik onun arzusunu yerinə yetirib. Ərizəsində heç bir səbəb göstərməyib. Nəzakət Teymurova əsasən fəal pedaqoji fəaliyyətlə məşğul olurdu. Bu teatrda isə əvəzçilik üzrə işləyirdi. Onun əsas iş yeri Milli Konservatoriyadır.”

Bahar RÜSTƏMLİ

AzNews.az