Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla şəklinin yanaşı yayılmasına etiraz edib. Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla şəklinin yanaşı yayılmasına etiraz edib.

“Şəklimi Hacıbala Abutalıbovla yanaşı yayanlarla bağlı ölçü götürüləcək”- Elnarə Abdullayeva

Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla şəklinin yanaşı yayılmasına etiraz edib.

Bu barədə AzNews.az-a məlumat verən ifaçı jurnalistlərə müraciət ünvanlayıb:

“Mənim qələm sahiblərinə, peşəkar jurnalistlərə hörmətim var. Təqdim etdiyim layihələr, konsert proqramlarımda da onlarla qarşılıqlı əməkdaşlığım olub, olacaq. Amma iradım mətbuat qaydalarından, jurnalist etikasından uzaq olanlaradı. Mən xalq musiqilərini, muğamlarımızı ifa edən, xalqıma xidmət göstərən insanam. Mənim yaradıcılıq işlərimdən yazın. Bir il əvvəl kəndimizə su çəkdirdim və bunu mətbuat işiqlandırıb. Var olsunlar. İnanın bunu reklam olsun deyə etməmişəm. Sadecə, Allah yolunda buna gücüm çatdı. Amma son günlər bəzi mətbuat orqanlarında şəklimi dövlət məmurları ilə bir yerdə yerləşdirməyə ad tapa bilmirəm . Hansısa rayonun icra başcısı və yaxud vəzifəli şəxsi deyiləm ki, sosial problemlərdə adım hallansın. Bakıda su yoxdusa, yada hardasa su ilə bağlı problem varsa, Hacıbala Abutalıbovla mənim şəklimi niyə bir arada dərc edirsiniz?”

Sənətkar bütün mətbuat orqanlara rəsmi şəkildə müraciət edib:

“Bir daha şəklimi paytaxt meri ilə və ya hər hansı məmurla bir arada təqdim edən, səbəbsiz olaraq adımı məmurlarla hallandıran mətbuat orqanlarına qarşı ölçü götürəcəm. Rəsmi müstəvidə bu kimi məsələlərin həllinə çalışacam . Bir neçə saytda , sosial mediada şəklimi Hacıbala Abutalıbovla bir arada təqdim edən media quruluşlarına qarşı ciddi ölçü götürüləcək.”

Bahar RÜSTƏMLİ

AzNews.az