11:09
(077) 610-22-33

“Anamı itirdim”- Aybəniz Haşımova

  • >
12 898 6 Fevral 2017 14:23 | Mədəniyyət

Bu gün mərhum sənətkar Şövkət Ələkbərovanın ad günüdür.

AzNews.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova ustadı ilə bağlı fikirlərini bölüşüb:

“1993-cü il fevral ayının bu günü… O gün çox üzdü məni. Anamı itirdim. Ustadımı, dərdimin dərmanını itirdim. Əsl sənətkarı itirdik. Görəsən o dünyada bizsiz necə yaşayır? Darıxırmı Bəşir üçün? Bəşir onun üçün çox darıxır? Onu təkrar gətirənə bəlkə də dünyanı bağışlayar?”

Müğənni hər gün onun yanına getdiyini vurğulayıb: “Qulluğunda dururam. Bircə bilim qayıdıb, amma qayıtmaz ki… Kaş ki yenidən dünyaya gələydim. Müəllimim də həyatda sağ olaydı. Dəfələrlə yuxuda görmüşəm, uşaq kimi sevinmişəm. Yanında qalıb əllərini buraxmaq istəməmişəm. Amma icazə verməyib. Deyib get qızım sonra gələrsən. Görəsən o sonra haçandı Şövkət xanım?”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X