Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı yaranan gərginlik daha da böyüyür. Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı yaranan gərginlik daha da böyüyür.

“Rasim Balayevin özü qudurub”- Canəli Əkbərov

Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı yaranan gərginlik daha da böyüyür.

Xalq artisti Rasim Balayev Canəli Əkbərovu qudurğan adlandırıb: “Canəliyə o qədər ordenlər veriblər ki, o artıq qudurub.”

Xalq artisti Canəli Əkbərov AzNews.az-a açıqlamasında onun ünvanına təhqir yağdıranların özlərinin qudurğan olduğunu vurğulayıb:

Onu mənim ünvanıma deyənlərin özləri qudurub. Mən bununla bağlı daha heç nə demək istəmirəm.”

Xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunmadığına görə, Xalq artisti Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılovun ünvanına ağır və təhqiredici ifadələr işlədib.

Bahar RÜSTƏMLİ

AzNews.az