Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib. Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib.

Əməkdar artist vəfat etdi

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib.

AzNews.az apa-ya istinadən xəbər verir ki, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova sabah dəfn olunacaq.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . “Pirverdinin xoruzu”, “Yaramaz ”, “Yuxu”, “Cavid ömrü ” və d. filmlərdə yaddaqalan obrazlar canlandırıb.

16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Allah rəhmət eləsin!