20:37
(077) 610-22-33

“Fidan Hacıyeva Musiqi Mərkəzi” dəvət edir - Video

  • >
8 551 15 Fevral 2017 12:38 | Mədəniyyət

Azərbaycanın Xalq artisti musiqisevərlərə dəvət ünvanlayıb.

AzNews.az Azadinform-a istinadən xəbər verir ki, opera müğənnisi, soprano Fidan Hacıyeva mükəmməl musiqi təhsili almaq istəyənləri özünü rəhbərlik etdiyi mərkəzə dəvət edib. Dəvət xarakterli müraciətdə deyilir: “Əziz musiqisevərlər! Mən Fidan Hacıyeva sizləri öz adımı daşıyan “Fidan Hacıyeva Musiqi Mərkəzi”nə dəvət edirəm. Burada fortepiano, skripka, saksafon, qitara, cazz, estrada dərslərini peşəkar müəllimlər, vokal sənətini isə özüm tədris edirəm. Mərkəzimiz yaşından asılı olmayaraq hər kəsin üzünə açıqdır və ilin hər fəslində xidmətinizdədir.

Arzularınızı bizimlə reallaşdırın!”.

Qeyd edək ki, Fidan Hacıyeva Bülbül adına Bakı Musiqi məktəbinin fortepiano sinfini və Bakı Musiqi Akademiyasının vokal fakültəsinin bitirib. Azərbaycanın əməkdar artisti, professor Hüseyn Əliyevin yetirməsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Milli və klassik opera tamaşalarında aparıcı partiyaları ifa edir.

Bağla X