01:22
(077) 610-22-33

"Şahin Zəkizadə komadadır"- Həkimi danışdı

  • >
5 670 15 Fevral 2017 17:05 | Mədəniyyət

“Şahin Zəkizadənin vəziyyəti çox ağırdır.”

Bunu AzNews.az-a açıqlamasında Tədris Terapevtik Klinikasının həkimi, reanimotoloq Emil Qasımov bildirib. O, Şahin Zəkizadənin hazırda komada olduğunu dedi:

“Xəstənin vəziyyəti ağır və stabil olaraq davam edir. Reanimasiyada dərin komadadır. Biz dəstək müalicələrimizi davam etdiririk. Əlimizdən gələni edirik. Amma vəziyyəti çox ağırdır.”

Emil Qasımov Şahin Zəkizadənin hər hansı bir ölkəyə aparılması ilə bağlı onda heç bir informasiyanın olmadığını da bildirdi.

Şahin Zəkizadə qan xərçəngindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X