“Şəfiqə Məmmədova öz açıq-saçıqlığı ilə bəzi axmaq adamları çaşdıra bilər.” “Şəfiqə Məmmədova öz açıq-saçıqlığı ilə bəzi axmaq adamları çaşdıra bilər.”

"Bizim Cəbiş müəllim"in rejissoru: "Bunu yayana ar olsun"

“Şəfiqə Məmmədova öz açıq-saçıqlığı ilə bəzi axmaq adamları çaşdıra bilər.”

Bunu AzNews.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi Əbdül Mahmudbəyov “Bizim Cəbiş müəllim” filmində Xalq artisti Şəfiqə Məmmədovanın canladırdığı obrazın həyat yoldaşına xəyanət etməsi ilə bağlı yayılan görüntüyə münasibətində bildirib. Onun sözlərinə görə, bu film cəmiyyətimizin məişət mövzusunda çəkilən, arxa cəbhədə olan bütün ağrı-acıları dəqiqliyi ilə nümayiş etdirir:

“Şəfiqə xanım gözəl aktrisadır, bu rolu Həsən Seyidbəyli onun üçün zərgər dəqiqliyi ilə işləyib. Bunu yayana ar olsun. O necə bir tədqiqatçıdır ki, özündən belə bir cəfəngiyyat düzüb-qoşur. Çox qələt edib, onu mətbuata çıxarıblar. Bilmirlər, nədə mübahisə axtarsınlar. “Bizim Cəbiş müəllim” filimi klassik bir əsərdir. Şəfiqə xanımın roluna da söz ola bilməz. Həm ailəni, həm mövcud olan ictimai-siyasi mühüti ağılla fırlayıb yola verir. Bundan başqa filmdən çıxarılan, kəsilən epizod yoxdur. O epizodun gözəlliyi ondadır ki, hətta ailəsi ehtiyac içərisindən müəyyən bir mərhələyə qədər xilas eləmək üçün oyun oynayan insanlar var. O məsələ gəlib əxlaqsızlıq, binamusuzluq səviyyəsinə catanda… Bu epizodun bütün fəlsəfəsi belədir. Mən səninlə iş birliyi qururam. Amma sən başqa xülyalara düşürsən, bundan istifadə etmək istəyirsən. Nəticəsi də göz qabağındadır.”

Əbdül Mahmudbəyov vurğulayıb ki, bu gün kino adı ilə Azərbaycanda ən istedadsız, savadsız, özfəaiyyət səviyyəsindən də aşağı olan adamlar məşğul olurlar:

“Bunlar Azərbaycan kinosunun tarixinə ləkə salmağa çalışırlar. Ona görə də rənglər qarışıb. Çox qəribədir ki, bu gün Azərbaycanda böyük kinoya rəhbərlik edən şəxslər danışmırlar. Çünki onlara belə vəziyyət əl verir deyə susurlar.”

Tədqiqatçı Füzuli Sabiroğlu "Bizim Cəbiş müəllim" filmindən çıxarılan səhnənin video görüntüsünü yayımlayıb. Kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Lakin sonradan həmin səhnə filmdən çıxarılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az