Xalq artisti, mərhum İlhamə Quliyevanın il mərasimi fevralın 24-ə təyin olunub. Xalq artisti, mərhum İlhamə Quliyevanın il mərasimi fevralın 24-ə təyin olunub.

İlhamə Quliyevanın il mərasiminə görə qalmaqal- Oğlu və bacısı

Xalq artisti, mərhum İlhamə Quliyevanın il mərasimi fevralın 24-ə təyin olunub.

Bu barədə AzNews.az-a açıqlamasında mərhumun oğlu Orxan Nadirov bildirib. Onun sözlərinə görə, mərasim “Heydər” məscidində keçiriləcək:

“İlhamə xanımın il mərasimi ilə bağlı onun bütün yaxınlarına məlumat verilib. Kim gəlmək istəyirsə, buyursun. Mən ancaq bu mərasimdə iştirak edəcəm.”

Orxan Nadirov fevralın 25-də mərhumun bacısı Gülbahar Quliyevanın Təzə Pir Məscidində keçirəcəyi il mərasimi ilə bağlı məsələyə aydınlıq gətirib: “Kim istəyirsə mərasim keçirə bilər. Bu sənətkara istəkdən irəli gəlir.”

Gülbahar Quliyeva mətbuata açıqlamasında mərhum İlhamə Quliyevanın il mərasiminin fevralın 25-də Təzə Pir Məscidində keçirəcəyini vurğulayıb.

Xalq artisti İlhamə Quliyeva ötən il dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az