Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır. Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.

“Arşın mal alan” yenidən Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini yeni adlar – bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.

Musiqili Teatrın Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi10 mart Milli Teatr Gününə planlaşdırılır. Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir. Onun yaradıcılğı, xüsusilə də ölməz müsiqisi bütün bəşəriyyətin ecazkar və əvəzedilməz mənəvi irsidir. Hal-hazırda Üzeyir bəyin cari repertuarda olan “O olmasın, bu olsun” və “Ər və arvad” komediyaları Musiqili Teatrın ən çox sevilən tamaşalarındandır. Mart ayından isə böyük klassikimizin dünya şöhrətli “Arşın mal alan” əsəri yenidən teatrımızın repertuarında görünəcək.

10 mart Milli Teatr Günündə təqdim olunacaq “Arşın mal alan” tamaşasında bir sıra gənclərə - Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Həbibov və başqalarına böyük etimad göstərilib. Eyni zamanda Əməkdar artist Ələkbər Əliyev, aktrisalar Gültac Əlili, Elnarə Nağdəliyeva bu tamaşada ilk dəfə oynayacaqlar. Əminəm ki, 10 mart Milli Teatr Günü növbəti dəfə Musiqili Teatrda ikiqat bayrama səbəb olacaq. Milli Teatr Gününü premyeralarla qeyd etmək artıq teatrda bir ənənə halını almaqdadır. Musiqili Teatr ötən il Milli Teatr Gününü Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan, musiqisi gənc bəstəkar Firudin Allahverdiyə məxsus olan “Baladadaşın toy hamamı” iki hissəli lirik musiqli komediya ilə qeyd edib.