Bu gün 8 mart Beynəlxaq Qadınlar bayramıdır. Kişilərin isə seçimi müxtəlifdir. Kimi ətir, kimi gül, kimi də qızıl əşyalarına üstünlük verir. Görəsən, bayramda qadınlara nə hədiyyə etmək olar? Bu gün 8 mart Beynəlxaq Qadınlar bayramıdır. Kişilərin isə seçimi müxtəlifdir. Kimi ətir, kimi gül, kimi də qızıl əşyalarına üstünlük verir. Görəsən, bayramda qadınlara nə hədiyyə etmək olar?

“Qızıl ləyən bağışla, amma il boyu zəhər dil və diqqətsizlik göstər” - Sənətçilərdən 8 mart hədiyyəsi

Bu gün 8 mart Beynəlxaq Qadınlar bayramıdır. Kişilərin isə seçimi müxtəlifdir. Kimi ətir, kimi gül, kimi də qızıl əşyalarına üstünlük verir. Görəsən, bayramda qadınlara nə hədiyyə etmək olar?

AzNews.az bununla bağlı kişi sənətçilər arasında apardığı sorğunu təqdim edir:

Xalq artisti Səməd Səmədov:

“Qadınsız həyat yoxdur. Yer üzündə bütün qadınları təbrik edirəm. Mən səhər-səhər yuxudan qalxıram, bir başa gül mağazasına yollanıram. Evimlə gül dükanının arası 500 metrdir. 30-35 qızıl gül alıb, onu bağlatdırıb evə gəlirəm. Baxıram ki, yoldaşım xoruldayır, hələ yatır. Vazaya su doldurub bütün gülləri onun içinə qoyuram. Həyat yoldaşım nə vaxtsa oyananda ilk qarşılaşdığı mənzərə bu olur-Səmədin aldığı gül dəstəsi. Axşam da onunla yanaşı bütün ailə üzvlərimi götürüb restorana gedirik. Ailəlikcə orada 8 mart Beynəlxalq Qadınlar Bayramını qeyd edirik. Bir vacib məsələni də qeyd edim. Mənim heç vaxt qadın dostum olmayıb. Həm arvadım, həm uşaqların anası, həm də nəvələrimin nənəsi dostum və eyni zamanda mənim həyat yoldaşımdır. Qadın həmkarlarımı isə ancaq zəng edib təbrik edirəm.”

Əməkdar artist Cavanşir Məmmədov:

“Mən bütün qadınları təbrik edirəm. Hamı kimi mən də həyat yoldaşımı, sənət yoldaşlarımı və ətrafımda olan qadınları təbrik edirəm. Amma bunu yalnız özüm bilirəm. Heç kəsə aldığım hədiyyə haqqında nəsə demirəm.”

Müğənni Manaf Ağayev:

“Mən qadınları bu əziz gün münasibəti ilə təbrik edirəm. Qoy onlar hər zaman yanımızda olsun. 8 martda qadına nə bağışlamaq olar? Çox çətin sualdır. Bu qadından asılıdır. Qadın var maşın istəyir, qadın da var ev. Amma əsas adət-ənənəmiz gül və ətirdir. Qadına da bu iki hədiyyəni verərlər. Bəzən mən həyat yoldaşıma bahalı da hədiyyə almışam. Daha bunu açıqlamaq istəmirəm. Ətrafımda olan qadın həmkarlarımı da təbrik edirəm”.

Müğənni Tacir Şahmalıoğlu:

“İndi cəmiyyət, dövran dəyişib. Hər tərəf sənə yaxın insanlardır. Hamısını da təbrik etməlisən. Amma bu bir reallıqdır ki, hamını təbrik etməyə, hədiyyə almağa imkan çatmır. Nəslimizdə qadın çoxdur. Yeganə bir qadın var ki, o, heç bir bayramda unudulmur. Həmişə ona nəysə almağa çalışıram. Lap belə kasıb vaxtlarımda da onun qəlbini oxşamışam. O ki qaldı həyat yoldaşıma, mən ona il boyu hədiyyə alıram. Ailəmdir, həmişə evə güllə gəlirəm. Kaş mənim imkanım olaydı, bütün Azərbaycan qadınlarını təbrik edəydim.”

Müğənni Yusif Mustafayev:

“Mən bütün Azərbaycan qadınlarını təbrik edirəm. Amma yer üzündə bütün qadınların bir arzusu var-nəvaziş, vəssalam. Şirin dil, xoş münasibət görmək hər qadına nəsib olmur. Qadın incə məxluqdur. Müəyyən bir hədiyyə olar, imkan olarsa lap bahalısı olsun. Bütün hədiyyələrin əsasında şirin rəftar, gözəl münasibət dayanır. O zaman qadın ona verilən dəyəri anlayır. Yoxsa, qızıl ləyən bağışla, amma il boyu zəhər dil və diqqətsizlik göstər. Elə hədiyyə hansı qadına lazımdır? Mən bütün ailə üzvlərimə həmişə hədiyyə alıram.”

Bahar RÜSTƏMLİ

AzNews.az